Ermənistan XİN-də yeni təyinat.

Aynur 07/09/2021

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaqe Gevorkyanı Ermənistanın xarici işlər nazirinin müavini təyin edib.


“XəbərBüro” xəbər verir ki, müvafiq qərar hökumətin rəsmi saytında dərc olunub. Gevorkyan buna qədər xarici işlər nazirinin müşaviri olub.


Xatırladaq ki, Ermənistan prezidentinin sərəncamı ilə parlamentin sabiq spikeri Ararat Mirzoyan avqustun 19-dan xarici işlər naziri təyin olunub.