Ermənistan xarici vətəndaşları muzdlu kimi istifadə edir

Məmmədzadə Zərintac 19/10/2020

Baş Prokurorluğun  apardığı araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib Azərbaycan silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyənləşib.

“XəbərBuro" xəbər verir ki,  bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə hansı qaydada gəlmələrinə dair fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanıb. 

Xarici vətəndaşlardan Azərbaycan dövlət sərhədini keçərkən Azərbaycanın qanunvericiliyinə əməl olunması tələb edilir.