Ermənistan tərəfinin atdığı "Toçka-U" nəhəng çuxur yaradıb

Məmmədzadə Zərintac 08/10/2020

Cəbhədə döyüşlərinin olduğu bir zamanda Ermənistan silahlı qüvvələri dinc əhalini hədəf almağa davam edir.

“Qafqazinfo”ya əsasən "XəbərBuro" xəbər verir ki, düşmən səhər saatlarında Bərdəyə raket zərbələri endirib.

Ermənistan ordusunun atdığı “Toçka-U” raketlərindən biri şəhərin Qasımbəyli kəndində əkin sahəsinə düşüb.

Təxminən 10 metr dərinliyində böyük çuxur yaranıb və xəsarət alan yoxdur.

Baş Prokurorluğun yaydığı məlumata görə, bu gün saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.