Ermənistan saxta xəbərlər tirajlamaq üsuluna əl atdı

Məmmədzadə Zərintac 01/10/2020

 Ermənistan qüvvələri öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərləri tirajlamaq üsuluna əl atırlar.

“XəbərBuro” xəbər verir ki, bu məqsədlə onlar sosial şəbəkələrdə müxtəlif saxta səhifələr,  saytlar yaradıb həmin platformalar vasitəsilə saxta xəbərləri ictimailəşdirib vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir. İctimaiyyətin nəzərinə çatdırılır ki, “freeazerbaijan.info” adlı sayt da bu məqsədlə istifadə olunur. Sayt erməni yalanlarını tirajlamaqla məşğuldur. 

Vətəndaşlarımızdan qeyd olunan saytda paylaşılmış informasiyalara etibar edilməməsi, ciddi qəbul edilməməsi xahiş olunur.