Ermənistan Rusiya kanallarında yayım məhdud olacaq

Məmmədzadə Zərintac 05/08/2020


Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə xarici, habelə Rusiya telekanallarının ictimai multipleksdə yayımını məhdudlaşdıracaq qanun imzalayıb. “XəbərBuro" xəbər verir ki, bununla bağlı erməni liderin Mətbuat Xidmətindən deyiblər.

“Audiovizual media haqqında” qanununu  Ermənistan Milli Məclisi  16 iyulda ikinci və yekun oxunuşda qəbul edib. Onun müddəalarından biri xarici audiovizual proqramların yalnız dövlətlərarası müqavilə əsasında ictimai multipleks vasitəsilə lisenziya olmadan retranslyasiya olunması mümkünlüyünü nəzərdə tutur.

"Ermənistan Prezidenti bu gün “Audiovizual media haqqında” qanun imzalayıb”, - deyə "RİA Novosti"nin sərəncamına daxil olan məlumatda bildirilir. Qərar rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minəcək.

Prezident Administrasiyasında söyləyiblər ki, qanun konstitusiyaya uyğundur. Onun tam yerinə yetirilməsi üçün keçid müddəalarında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi zəruridir.

Lisenziyalaşdırma şöbəsinin rəhbəri Lianna Dohikyan “RİA Novosti”yə bildirib ki, hazırda xarici telekanallar lisenziyalaşdırılıb və lisenziyanın müddəti başa çatdıqda ən azı 20 yanvar 2021-ci ilə qədər fəaliyyət göstərəcək. "Əgər bundan əvvəl dövlətlərarası müqavilələr bağlanarsa, onlar bu müqavilələr əsasında fəaliyyətlərini davam etdirəcəklər", -  Dohikyan deyib.