Ermənistan ordusunun 1 hərbi qulluqçusu öldü, 3-ü yaralandı

Agamaliyeva Zuleyxa 06/08/2020

Avqustun 6-da, saat 06:26 radələrində Ermənistanda Lusağbyur kəndinə gedən yolda avtomobil yolun hərəkət zolağından çıxaraq qəzaya uğrayıb.

"XəbərBuro" xəbər verir ki, baş vermiş hadisə nəticəsində A. Spartak (1997-ci il təvəllüdlü) ölüb, S. Albert (1998-ci il təvəllüdlü), N. Artuş (1991-ci il təvəllüdlü), M. Manuk (1989-cu il təvəllüdlü) müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Vanadzor tibb mərkəzinə yerləşdirilib.

Həkimlər M. Manukun sağlamlıq vəziyyətini olduqca ağır, digərlərinin sağlamlıq vəziyyətin isə orta ağır qiymətləndirblər.

Məlumata görə, ölümş şəxs və yaralılardan 3-ü Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.