Ermənistan ordusuna məxsus hərbi avtomobil qəzaya düşüb: Ölən var

Esed Abasli 16/12/2021

Ermənistan ordusuna məxsus “Ural” markalı yük avtomobili qəzaya uğrayıb.

Hadisə Vayots Dzor vilayətinin (Dərələyəz mahalı) ərazisində baş verib.

Qeyd olunur ki, Serob Akopyanın idarə etdiyi “Ural” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir.

Hadisə yerinə hərbi polis qurumunun əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.