Ermənistan müdafiə naziri Rusiyaya getdi.

Aynur 13/09/2021

Ermənistanın müdafiə naziri Arşak karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir.


“XəbərBüro” erməni KİV-nə istinadən xəbər verir ki, Karapetyan bu gün Rusiya və Belarusun Silahlı Qüvvələri arasında keçirilən birgə “Qərb-2021” təlimlərinin keçirildiyi Nijqorod vilayətini ziyarət edəcək.


Bununla yanaşı, A. Karapetyan sentyabrın 15-dən 16-na kimi Tacikistanın paytaxtı Düşənbə şəhərində də səfərdə olacaq. Onun burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə iclasında iştirak edəcəyi gözlənilir.