Ermənistan itkiləri açıqlayır və 2 yüksək rütbəli hərbiçi ölüb

Məmmədzadə Zərintac 14/07/2020

Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı məlumatları açıqlamağa başlayıb. 

"Qafqazinfo" ya əsasən "Xəbərburo" xəbər verir ki, ermənilər ilkin olaraq iki yüksək rütbəli hərbçilərinin ölümü barəsində məlumat yayıblar.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib. Şuşan Stepanyanın feysbuk səhifəsində verdiyi məlumata görə, mayor Qaruş Ambartzumyan və kapitan Sos Elbakyan Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində atışma nəticəsində ölümcül yaralanaraq həlak olub.

 Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv olunub.