Ermənistan Gürcüstandan kömək istəyib

11/06/2020

“Gürcüstanda qonşu Ermənistana koronavirusla mübarizədə kömək etməklə bağlı məsələ nəzərdən keçirilir”.

"Xəbərburo" “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, bununla bağlı Səhiyyə Nazirliyinə artıq müvafiq göstəriş verilib: “Hazırda qarşılıqlı dəstək olduqca vacibdir. İlk olaraq kömək üçün Gürcüstandan Ermənistana tibbi heyətin göndərilməsi nəzərdə tutulub. Bununla bağlı qonşu ölkə müraciət edib”.