Ermənilərin güclənən yəhudi nifrəti

Mükafat İsazadə 20/02/2021

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin onuncu buraxılışı efirə gedib.


"XəbərBüro"  məlumat verir ki, verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda ermənilərin İrəvanda yerləşən Holokost abidəsini təhqir etməsindən söhbət açıb. 




Jurnalist qeyd edir ki, Azərbaycan və İsrail arasında olan möhkəm siyasi-diplomatik əlaqələr və hərbi-texniki sahədə əməkdaşlıq ermənilərin nifrətinə səbəb olub.