Ermənilərin Ağcabədidə raket atəşinə tutduğu qəbiristanlıqdan son görüntülər

Esed Abasli 31/10/2020

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən atəşə tutub. Baku TV-nin cəbhə xəttinə ezam olunmuş müxbirinin məlumatına görə, düşmənin növbəti dəfə atdığı raketlərdən biri rayonun İmamqulubəyli kəndi ərazisindəki qəbiristanlığa düşüb. Qəbirlərdən birinin künc hissəsinə dəyən mərmi parçaları ətrafda 7-8 məzarın dağılmasına səbəb olub.