Ermənilərin 20 nəfər şəxsi heyəti məhv edildi

Röya Vahabova 13/07/2020

Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

"Xəbərburo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyəti aldatmağa davam edir.