Ermənilər təxribat törədib

Məmmədzadə Zərintac 12/07/2020

12 İyulda günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

"Xəbərburo"  xəbər verir ki, Müdafiə Nazirliyindən olan məlumata görə, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarətindədir.

İctimaiyyətə əlavə bilgi veriləcək.