Ermənilər Qarabağa 3-cü yolun xəritəsini də təqdim etdi- Yenə Laçından keçir...

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycanın 20 faizinə yeni nəzarətçi “seçilmiş” Araik Arutyunyan işğalçı Ermənistanın dövlət sərhədlərimizi növbəti dəfə pozmuş ərazi və infrastruktur naziri Suren Papikyanla birlikdə Laçın, Qubadlı və Zəngilan rayonlarımıza səfəri zamanı Qarabağa 3-cü yol çəkilişi barədə bəyanat yayıb.
"Xəbərburo" "Moderator"a istinadən xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində bəhs edilən yolun xəritəsi də yayılıb.
Xəritədən bəlli olur ki, Ermənistanın Gorus rayonunun Xınzirək kəndindən başlanan yol əsasən Laçın rayonunun(Güləbird, Türklər, Quşçular, Aşağı Fərəcan) kəndlərindən keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsinə birləşir. Ermənilər uzunluğu 87, 4 km olacaq dağlıq yolu avtomobillə 2 saat 26 dəqiqəyə qət edəcəklərini düşünürlər...