Ermənilər mülki əhaliyə çoxlu ziyan vurub

Məmmədzadə Zərintac 14/07/2020

Bu gün Ermənistan silahlı qüvvələri  Tovuz rayonu istiqamətində artilleriya atəşi açmış və  nəticədə mülki şəxslərin əmlakına çoxlu sayda ziyan dəyib. 

“Xəbərburo" xəbər verir ki, Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi yaşayış evinə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus 3 həyətyanı torpaq sahəsinə zərər yetirilib.

Xatırladaq ki, bu gün ermənilərin açdığı atəş nəticəsində Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğlu dünyasını dəyişib.