Ermənilər işğal etdikləri torpaqlarımızda yenə yanğınlar törədiblər

04/08/2020

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenə yanğınlar törədiblər.

"XəbərBuro" xəbər verir ki,  Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub.

Yanğının miqyası getdikcə çoxalır. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.

Ermənistan ordusu nəzarətində olan  ərazilərimizdə davamlı yanğınlar törədir.