Ermənilər daha 3 mülki vətəndaşımızı yaralayıblar

Məmmədzadə Zərintac 06/10/2020

Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutmağa davam edir.

"Qafqazinfo"ya əsasən "XəbərBuro" xəbər verir ki axşam saatlarında düşmənin atdığı mərmilər daha 3 mülki vətəndaşımızın yaralanmasına səbəb olub.

Hər üç şəxs Tərtər sakinləridir. Yaralılar xəstəxanaya çatdırılıb.