Ermənilər bu dəfə Xankəndidə himnimizi dinlədi
Esed Abasli 07/03/2022

Şuşada səsgücləndiricilər vasitəsilə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Musiqinin səsi geniş əraziyə yayılıb və Xankəndidə də eşidilib.
Həmçinin bu gün səhər saat 06:00-dan Şuşadan verilən azan da Xankəndidə eşidilib.
Daha əvvəl Şuşada səsgücləndiricilər vasitəsilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra səsləndirilmişdi.