Erməni zabitlərin çadır oğurladığı məlum oldu: Həbs olunanlar var

Esed Abasli 13/12/2021

Ermənistan ordusunun bir qrup yüksək rütbəli zabiti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


"XəbərBüro" bildirir ki,Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, cinayət işi ilə əlaqədar dörd hərbçi saxlanılıb, onlardan ikisi həbs edilib.

İstintaq materiallarda yazılıb ki, hərbi hissələrdən birinin polkovniki 2020-ci ilin iyul ayında həmin bölmənin geyim xidmətinin rəisi, polkovnik-leytenantı ilə əlbir olaraq, orduya məxsus çoxlu sayda çadırı oğurlayaraq satıblar.

Lakin sənədləşmədə oğurlanmış hərbi çadırlar 44 günlük müharibədə itmiş kimi qeydiyyata salınıb.

Yüksək rütbəli zabitlər barəsində istintaq davam edir.

Mənbə: Sputnik Ermənistan