Erməni şahmatçının interneti kəsildiyindən, məğlub hesab olunub

Məmmədzadə Zərintac 28/08/2020

Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin Hindistan - Ermənistan görüşü bitib.

"XəbərBuro"  xəbər verir ki, rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən asiyalılar yarımfinala vəsiqə qazanıblar.

Qarşılaşmanın gedişatında kuryoz hadisə olub. Erməni şahmatçılardan Ayk Martirosyanın interneti kəsildiyindən reqlamentə görə, o, məğlub hesab edilib. Buna etiraz edən komanda yarışdan çıxıb və Ermənistana 0:6 hesablı texniki məğlubiyyət verilib.

Azərbaycan millisi bu gün Polşaya qalib gəlsə, yarımfinalda məhz Hindistanla qarşılaşacaq.