Erməni politoloq: “Qarabağ məsələsində yaradılmış geri dönüşdən necə çıxacağıq?”

Togrul Quliyev 10/06/2020

“Ölkənin qarşıdakı onilliyini əvvəlcədən müəyyənləşdirən bir ən çətin dövrə - postnikol-postpopulist mərhələyə daxil oluruq”.

"XəbərBuro" Ordu.az-a xəbər verir ki, bunu öz “Facebook” səhifəsində erməni politoloq Stepan Danielyan yazıb.

“Formalaşdırılacaq siyasi sitemin qarşısında dayanan problemlər hansılardır? Hakimiyyət-cəmiyyət münasibətləri necə, hansı qətnamə ilə qurulacaq? Seçkilərin ədalətli olmasını təmin etmək məgər mümkün olacaq, bunun üçün hansı təminatlar yaradılacaq? Hakimiyyət və iqtisadiyyatın yaxınlaşmasına icazə verməmək üçün hansı mexanizmlər tətbiq ediləcək? Qarabağ məsələsində Nikol tərəfindən yaradılmış geri dönüşdən necə çıxacağıq?”, - deyə Danielyan qeyd edib.