Erməni müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvə məhv edilib

Məmmədzadə Zərintac 14/07/2020

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki, Müdafiə Nazirliyindən olan məlumatına görə, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv olunub.