Erməni hərbçini öldürən əsgər yoldaşı saxlanıldı.

Aynur 15/09/2021

Ermənistanda ehtiyatda olan hərbçi Mkrtiç Ovakimyanın ölümü ilə bağlı əsgər yoldaşı saxlanılıb.

“XəbərBüro” erməni mediasına istinadən xəbər verir ki, daha əvəvl Ermənistan Müdafiə Nazirliyi cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində ehtiyatda olan 1978-ci il təvəllüdlü hərbçi Mkrtiç Ovakimyanın ölümcül yara alması və ölümü ilə bağlı məlumat yaymışdı.

Ermənistanda ehtiyatda olan hərbçi təlimdə öldü - Yenilənib

İlkin məlumata görə, hadisə hərbi hissələrindən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində baş verib.

Ovakimyanın ölümünə, daha bir əsgərin yaralanmasına görə onların əsgər yoldaşı saxlanılıb və cinayət işi açılıb.