Ərdoğanla Putinin görüşü gözlənilir.

Aynur 18/09/2021

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Soçidə görüşü gözlənilir.

“XəbərBüro” xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb. Məlumata əsasən, iki ölkə lideri arasında görüş sentyabr ayında baş tutacaq. 

Bildirilir ki, tərəflər arasında əsas olaraq Suriyanın İdlib şəhərindəki vəziyyət müzakirə olunacaq.