Ərdoğan: “Türkiyə qanunsuz miqrasiya ilə mübarizədə tək qoyulub”

Aynur 09/09/2021


"Türkiyə qanunsuz miqrasiya ilə mübarizədə tək qoyulub”.

“XəbərBüro” bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Adalar dənizi və Yunanıstanla Qonşuluq Əlaqələri Problemləri Simpoziumu”na göndərdiyi videomesajda söyləyib.

"Yunanıstan haqlarımıza hörmət göstərməlidir. Ədalətə və əməkdaşlığa söykənən həll yolları tapa bilərik. Biz dialoq və müzakirələrə önəm veririk”, - o qeyd edib.

Türkiyə Prezidenti həmçinin Qərb ölkələrinin qanunsuz miqrasiya ilə mübarizədə Türkiyəyə dəstək verməli olduğunu bildirib.