Ərdoğan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Mükafat İsazadə 24/02/2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

“XəbərBüro" xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.

Bildirilib ki, toplantıda Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.