Ərdoğan: “Bu səhər qardaşım İlham Əliyevlə danışdım, İnşallah Qələbəyə yaxınlaşırıq”

Esed Abasli 07/11/2020

“Bu səhər qardaşım İlham Əliyevlə danışdım. Müsbət irəliləyişləri birbaşa özündən eşitdiyim üçün xüsusilə məmnun oldum. İnşallah Qələbəyə yaxınlaşırıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Azərbaycan 30 ildir işğal olunmuş ərazilərindən ayrı qalıb: “İnşallah indi işğal altında olan torpaqlarına qovuşacaqlar”. Ərdoğan əlavə edib ki, zalımlar və xainlər bizə nifrət edə bilər: “Bir əsrdir, vicdansızlıqla həyata keçirdikləri ədalətsiz siyasətlərini pozduqlarımız bizə nifrət edərlər”.