Ərdoğan BƏƏ-yə səfər edəcək

Esed Abasli 12/02/2022

Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə səfərinin proqramı açıqlanıb.

Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Belə ki, 14-15 fevralda baş tutacaq səfərdə Prezident Ərdoğanın “Dubai Expo”da “Türk Milli Günü”nün açılışına qatılmağı və iş adamları ilə görüşəcəyi planlaşdırılır.

Bundan əlavə, səfər çərçivəsində Türkiyə və BƏƏ arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə dair danışıqların aparılacağı və yeni sazişlərin imzalanması gözlənilir.