Ər həyat yoldaşını öldürüb

Məmmədzadə Zərintac 19/07/2020

Ağdaşda qətil hadisəsi olub.

"Xəbərburo" xəbər verir ki, rayonun Nehrəxəlil kənd sakini 1988-ci il təvəllüdlü Səttarov Tural Tahir oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Səttarova Nuranə Elbrus qızını aralarında baş verən ailə münaqişəsi zəminində bıçaqlayaraq qətlə yetirib.

Bir neçə bıçaq xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib 

Vurğulayaq ki,  2012 ci ildə ailə həyatı quran cütlüyün 3 az yaşlı övladı var.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.