Ər arvadını bıçaqlayıb

Məmmədzadə Zərintac 26/09/2020

Göyçayda bıçaqlanma hadisəsi olub.

“XəbərBuro" xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 1962-ci il təvəllüdlü Nəsirova Gülşən Qafur qızı aralarında yaranan mübahisə əsnasında həyat yoldaşı onu bıçaqlayıb.

Qadın çoxlu bıçaq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Fakta dair araşdırmalar  aparılır.