Əməkdar artistə 250 min manat pul “atıblar” - VİDEO

Zülfüqar Zulfuqarli 23/06/2020


Əməkdar artist Gülüstan Əliyevaya 250 min manat pul “atıblar”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunun aparıcısı Zaur Kamal proqrama qonaq gələn G.Əliyeva ilə söhbət edərkən deyib.

“Mən elə zənn edirdim ki, siz çoxbilmiş insansınız. Gülüstan xanım 250 min manata qol çəkib. O 250 min manat da düz gedib... Çox sadəlövh insansınız”, - deyə aparıcı bildirib.

Zaurun “Bəs o pulu geri ala bildiniz?” sualına Əməkdar artist “yox” cavabını verərək, məsələnin dərinliklərinə varmaqdan boyun qaçırıb.