Elton Conun keçmiş həyat yoldaşı ondan 3,8 milyon dollar istəyib

Məmmədzadə Zərintac 25/07/2020

Britaniyalı müğənni-bəstəkar Elton Conun keçmiş həyat yoldaşı Renata Blauel onu məhkəməyə verib və 3,8 milyon dollar təzminat istəyib.

“Qafqazinfo”ya əsasən "XəbərBuro"  xəbər verir ki, keçmiş xanımı ifaçını 1988-ci ildə bağladıqları boşanma müqaviləsini pozmaqda ittiham edib. Belə ki, Blauelin sözlərinə görə, Elton Con “Roketmen” avtobioqrafik filmində Renata ilə ər-arvad münasibəti haqqında həddindən çox danışıb. Elton Conla Renata Blauel boşananda nikahları və şəxsi münasibətləri, eləcə də boşanma səbəbinə dair danışmamaq barədə razılığa gəlsələr də, müğənni bu anlaşmaya əməl etməyib.

  Elton Conla səs rejissoru olan Renata Blauel 1984-cü ildə Avstraliyada ailə qurublar.