Elmar Məmmədyarovla Lavrovun telefon danışığı baş tutub

Məmmədzadə Zərintac 13/07/2020

Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici işlər naziri Serqey Lavrov ilə telefonla  danışıb.

"Xəbərburo" xəbər verir ki, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik haqqında Rusiyalı həmkarına bildirib. O, Ermənistanın təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunmasına xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini deyib.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub.

Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.