Elmar Məmmədyarov Popov və Kaspişklə müzakirə aparıb

Məmmədzadə Zərintac 13/07/2020

Bu gün Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri olub.

"Xəbərburo" xəbər verir ki, qarşı tərəfə Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət haqda məlumat verən nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin nəzərinə çatdırıb.