Əlcəzair Fransadakı səfirini geri çağırdı

Esed Abasli 03/10/2021

Əlcəzairin Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.

Bu barədə Əlcəzairin prezident administrasiyası məlumat yayıb.

Əlcəzair hökuməti hansı səbəbdən belə bir addım atdığını açıqlamayıb, yalnız bununla əlaqədar bəyanatın tam mətninin daha sonra dərc olunacağını qeyd edib. 

Şimali Afrika respublikasının diplomatik demarşı rəsmi Parisin əlcəzairlilərə verilən viza sayını yarıya endirmək qərarının səbəb olduğu böhran fonunda baş verib. 

Əlcəzair prezidenti Əbdülməcid Təbbun isə bildirib ki, Parisdəki səfirin geri çağırılması qərarı Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz açıqlamalarından sonra verilib.