Əlavə beş express xətt istifadəyə verilir

Məmmədzadə Zərintac 09/08/2020


 10 avqustdan  mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla beş əlavə ekspress xətt də istifadəyə veriləcək. 

"XəbərBuro" xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Xətlərdən üçü ətraf qəsəbələrə işləyəcək. Beləliklə, gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36000 - 40000 nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı qazanacaq.