Əfqanıstan Qarabağ münaqişəsində Azərbaycana dəstək olub
28/09/2020

Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında davam edən şiddətli toqquşmalardan narahatlığını və insan və maddi itkilərə görə təəssüfləndiyini ifadə edib.
“XəbərBuro” xəbər verir ki, müvafiq bəyanat Əfqanıstan XİN-in saytında yayımlanıb.
“Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsi olaraq beynəlxalq səviyyədə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir və Azərbaycan xalqı və hökumətinin və dünyanın digər ölkələrinin səylərini dəstəkləyir”,- deyə sənəddə söylənilib.
Əfqanıstan Xarici İşlər Nazirliyi atəşkəsin bərpasına və bölgədəki uzun müddətdir davam edən böhranın sülh yolu ilə həllinə çağırıb.