DYP-dən yuxulu avtomobil idarə edən sürücülərə xəbərdarlıq

Esed Abasli 15/12/2021




"XəbərBüro" xəbər verir ki,Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirir ki,

"Sürücülərin yuxulu və yorğun halda sükan arxasında əyləşməsi ağır yol nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biridir.

Belə ki, istirahət etmədən, fasiləsiz uzun müddət avtomobil idarə etmək həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün olduqca təhlükəlidir. Belə halda sükan arxasına əyləşib uzaq yola çıxan sürücülərin yol qəzası törətdikdən sonra “yuxulu olmuşam”, “yorğun olmuşam” ifadəsini işlədərək özlərinə bəraət qazandırmağa çalışması isə qəbuledilməzdir, çünki bu səbəbdən baş vermiş hadisələr bəzən bir neçə şəxsin həyatını, sağlamlığını itirməsinə gətirib çıxarır, neçə-neçə ailələrdə faciə yaşanır".