Düşmən Tərtərdə daha bir mülki vətəndaşı öldürdü

Leyla Aliyeva 29/09/2020

Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini hədəf almaqda davam edir.

"XəbərBuro" "Qafqazinfo"nun Tərtərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bildirir ki, bu dəqiqələrdə düşmənin atdığı mərmi daha bir mülki vətəndaşımızın həlak olmasına səbəb olub.

Bu, rayonun Üzeyir Hacıbəyov küçəsi sakini, 1959-cu il təvəllüdlü Mustafayeva Ayna Məhəmmədəli qızıdır.