Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur.

30/09/2020

"XəbərBuro” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb.

Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür.