Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu ötüb

Leyla Aliyeva 20/09/2020

"XəbərBuro" xəbər verir ki, dünya üzrə bu günə qədər koronavirusa yoluxanların sayı 31 016 82-yə çatıb.

Aktiv koronavirus xəstələrinin sayı isə 7,4 milyon təşkil edir.

Xəstəlik səbəbindən dünyasını dəyişənlərin sayı isə 961 min 818-ə çatıb. Ümumilikdə 22 milyon 618 min 756 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, yoluxma və ölüm hallarının sayına görə birinci yerdə ABŞ (6,967,420 yoluxma, 203,828 ölüm) qərarlaşıb.