Dünyada COVİD-19-a yoluxanların sayı 25 milyonu keçib

Məmmədzadə Zərintac 29/08/2020

Dünya üzrə koronavirusa yoluxma hallarının sayı 25 014 282-yə çatıb.

“XəbərBuro" xəbər verir ki, pandemiya üçün götürülən analiz nümunələri müsbət çıxmış 843 100 nəfər ölüb.

17 381 570 nəfər koronavirusdan sağalıb.

Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.

Azərbaycanda ümumilikdə 36 174 nəfərin koronavirusa yoluxması faktı müəyyənləşib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər ölüb və 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu günədək yeni yoluxma hallarının müəyyənləşdirilməsinə dair ümumilikdə 910 890 test icra olunub.