Dünya üzrə koronavirusla bağlı son statistika

Gülər Seymurqızı 07/08/2020

Dünyanı  cənginə  alan  koronavirus  cədvəlində rəqəmlər artmaqda davam edir. Ümumilikdə  215 ölkədə bu virus aşkar olunub.

Xəbərburo xəbər verir ki, son statistikalara görə dünya üzrə koronavirusa yoluxanların  sayı   nəfər 19,358,348  ümumilikdə  sağalanların sayı  isə 12,436,521 nəfər olduğu halda virusdan ölənərin sayı  719,562  nəfərdir.

Virusa ən çox yoluxma halı  Amerika Birləşmiş Ştatlarında qeyd alınıb . Son statistik rəqəmlərə görə ümumilikdə 5,038,269 nəfər virusa  yoluxub .Onlardan 2,579,191 nəfəri virusdan sağalıb ,162,875 nəfər  isə  dünyasını  dəyişib. Son sutka ərzində isə virusa 6,090 nəfər  yoluxub , 171 nəfər isə ölüb.

Virusa ən çox yoluxma sayına  görə ikinci ölkə Brazilyadır. Ümumilikdə 2,917,562 nəfər  virusa yoluxub , 2,047,660 nəfər sağalıb , 98,644 vəfat  edib.

Yoluxma  sayının çox  olduğu üçüncü ölkə  isə Hindistandır. Bugünədək 2,057,816 virusa  yoluxub ,1,402,076 nəfər  sağalıb ,42,026  nəfər  isə dünyasını  dəyişib. Son sutka  ərzində 32,407  nəfər  virusa  yoluxub , 388  nəfər  isə  vəfat  edib.

Virusun mənbəyi  olan Çində isə  son sutka  ərzində  37 yeni  yoluxma halı qeydə alınıb .Hazırda aktiv  xəstə  sayı 843 nəfərdir.