Dünya üzrə koronavirusla bağlı son statistika

Gülər Seymurqızı 08/08/2020

Xəbərburo xəbər verir ki, son statistikalara görə dünya üzrə koronavirusa yoluxanların  sayı  19,575,997  nəfər   ümumilikdə  sağalanların sayı  isə 12,571,191  nəfər olduğu halda virusdan ölənərin sayı 724,753  nəfərdir.

Virusa ən çox yoluxma halı  Amerika Birləşmiş Ştatlarında qeyd alınıb . Son statistik rəqəmlərə görə ümumilikdə  5,097,187 nəfər virusa  yoluxub .Onlardan  2,618,025 nəfəri virusdan sağalıb , 164,139 nəfər  isə  dünyasını  dəyişib. Son sutka ərzində isə virusa 1,663 nəfər  yoluxub , 45 nəfər isə ölüb.

Virusa ən çox yoluxma sayına  görə ikinci ölkə Brazilyadır. Ümumilikdə 2,967,064  nəfər  virusa yoluxub , 2,068,394 nəfər sağalıb , 99,702 vəfat  edib.

Yoluxma  sayının çox  olduğu üçüncü ölkə  isə Hindistandır. Bugünədək 2,091,810 nəfər virusa  yoluxub , 1,429,325 nəfər  sağalıb , 42,626  nəfər  isə dünyasını  dəyişib. Son sutka  ərzində 4,946 nəfər  virusa  yoluxub ,  48 nəfər  isə  vəfat  edib.

Virusun mənbəyi  olan Çində isə  son sutka  ərzində  31 yeni  yoluxma halı qeydə alınıb .Hazırda aktiv  xəstə  sayı 839 nəfərdir.