Dünya üzrə koronavirusdan sağalanların sayı 7 milyonu ötdü

Röya Vahabova 12/07/2020

Dünya üzrə koronavirusdan sağalanların sayı 7 milyonu keçib.

"Xəbərburo" bu barədə bildirir.“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, hazırda bu rəqəm 7 milyon 484 min 184-dür. Ümumilikdə isə 12 milyon 849 min 300 nəfər koronavirusa yoluxub. 567 min 783 nəfər isə dünyasını dəyişib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.