Dünya çempionumuz erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəldi

Esed Abasli 13/12/2020

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

"XəbərBüro" xəbər verir ki, azərbaycanlı dünya çempionu Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə erməni Rudik Mkrtçyana 9:0 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həmyerlimiz axşam seansında medal üçün qırğız Balbay Dordokovla mübarizə aparacaq.