“DroneShield” Aİ polisini anti-dron sistemləri ilə təchiz edəcək

Togrul Quliyev 10/06/2020

Avropa İttifaqının polis qüvvələri üçün anti-dron sistemləri ilə bağlı elan olunan tenderin qalibi Avstraliyanın “DroneShield” şirkəti olub.

XeberBuro.com Ordu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbut xidməti məlumat yayıb.

Bildirilir ki, şirkət polis qüvvələrini portativ “DroneGun Tactical” anti-dron sistemləri ilə təvhiz edəcək. Satış, təlim və yerli dəstəyi şirkətin Benilüks regionundakı tərəfdaşı “ForcePro BV” idarə edəcək. Anti-dron silahından neçə ədəd sifariş verildiyi barədə məlumat bildirilməyib.

“DroneGun Tactical” adlı silahın uzunluğu 143 sm və eni 20 sm, çəkisi təxminən 7.3 kiloqramdır. Təkrar doldurula bilən Lithium-Ion batareyalarından istifadə edərək 1-2 km məsafədəki dronlara qarşı mübarizə apara bilir. Hazırda silahdan Fransa ordusu istifadə edir.