Dövlət qurumlarında yoxlamalar: 100 milyon manatdan çox əsassız ödəmələr AŞKARLANDI

Esed Abasli 10/02/2022

2021-ci ildə MN-nin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətlərinə əsasən mərkəzi icra orqanlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.