Dövlət qulluğu imtahanları avqusta qaldı

07/05/2020

“Dövlət qulluğuna qəbul imtahanları ayda iki dəfə olmaqla avqust ayından başlayaraq Bakıda və DİM-in regional bölmələrində keçiriləcək”.

“XƏBƏRBURO" xəbər verir ki, bunu DİM rəhbəri Məleykə Abbaszadə bildirib. 

O deyib ki, 35 dövlət orqanı ilə bağlı təkmilləşdirilmə aparılır: “Müsahibələr onlayn şəkildə baş tutacaq. Ekspertlər və rəsmi şəxslər də ayrıca onlayn formata qoşulacaq”.